Siyəzən şəhər 6 saylı məktəb - liseyin şagirdləri taxta parçalarından dərs ləvazimatları hazırlayırlar

15 Dekabr 2018 11:15

 Dostlarımız xətkeş, qələm qabı və şahmat fiqurları düzəldirlər.  Sonra öz əl işlərindən  məktəbin şagirdlərinə hədiyyə edirlər. Məktəblilər ləvazimatların hazırlanmasına həftədə 2-3 saat vaxt ayırırlar.   Onlar bu işə həvəslə yanaşırlar. Toxuculuq dərnəyinin üzvləri də maraqlı əl işləri hazırlayırlar. Aişə müəllimə deyir ki, şagirdlərin bu məşğuliyyəti onların  müxtəlif peşə sahələrinə marağını artırır. Onların arasında gələcəyin dülgərləri, oymaçıları, xalçaçıları yetişir.Uşaqlar məktəbin sıradan çıxan  partalarını, dərs ləvazimatlarını da təmir edib, yararlı vəziyyətə gətirirlər.