Açıq havada gəzməyin hansı faydaları var?

15 Dekabr 2018 11:23

Çox zaman valideynlər uşaqların ağzını qalın şərflə bağlayırlar ki, ona soyuq olmasın. Bu isə düzgün deyil. Soyuq belə olsa, uşaqların təmiz hava ilə nəfəs almağında fayda var. Bu  onların sağlamlığı və inkişafı üçün əhəmiyyətlidir. Qışda soyuq havadan alınan təmiz oksigenin miqdarı yaya nisbətən 30% daha çox olur. Qan oksigenlə zənginləşəndə isə insan beyninin fəallığı artır.Soyuq hava virusların məhv olduğu bir havadır. Qış fəslində  uşağı həftə ərzində 15 dəqiqəlik rejimdən başlayaraq tədricən 1 saata qədər təmiz havada saxlamaq olar.