Şabran şəhər 1 saylı tam orta məktəbin VIII sinif şagirdləri fizika dərsində müxtəlif təcrübələr yerinə yetiriblər

18 Dekabr 2018 12:39

Məktəblilər 10 yaxın təcrübə nümayiş etdiriblər. Bunlara misal olaraq Arximed qüvvəsi, səthin gərilməsi və atmosfer təzyiqinə aid təcrübələri qeyd edə bilərik. Uşaqlar plastik qablardan və simdən   telefon da hazırlayıblar.Fizika müəllimi Seymur İskəndərov deyir ki, laboratoriyada aparılan  sınaq və təcrübələr şagirdlərin  fizika fənninə həvəsini artırır. Dərs daha maraqlı keçir.Məktəblilər yeni təcrübələr üzərində çalışırlar. Onlar bu yolla biliklərini daha da artırmaq istəyirlər.