Bakı şəhər 8 saylı UGİM-in “Bacarıqlı əllər” dərnəyinin üzvləri bayram münasibəti ilə təşkil olunacaq tədbirə hazırlaşırlar

20 Dekabr 2018 10:18

Bu gün sizi bir-birindən maraqlı əl işləri hazırlayan məktəblilərlə tanış edəcəyik. Onlar 8 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzinin “Bacarıqlı əllər” dərnəyinin üzvləridir. Dərnəkdə şagirdlər müxtəlif materiallardan maketlər, aksesuarlar hazırlayır, rəsmlər çəkirlər. 8 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnəkləri Suraxanı, Xəzər və Nizami rayonunda yerləşən məktəblərdə fəaliyyət göstərir. “Texniki modelləşdirmə”, ”Dizayner studiyası”, ”Məktəb teatrı” dərnəklərində şagirdlərin asudə vaxtları səmərəli təşkil olunur və onların bacarıqları inkişaf etdirilir. İstedadlı dostlarımızın əl işləri müxtəlif sərgilərdə nümayiş etdirilir. Bacarıqlı əllər dərnəyinin üzvləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təşkil olunacaq tədbirə hazırlaşırlar.