Məktəblilər sinif otaqları üçün dibçək gülləri əkiblər

20 Dekabr 2018 11:43

Quba rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri maraqlı aksiya keçiriblər. Belə ki, dostlarımız  təhsil aldıqları mərkəzin otaqları üçün dibçək gülləri əkiblər.Təbiətsevər məktəblilər gül əkmək üçün meşə torpağından istifadə ediblər. Dostlarımız deyir ki, otaq gülləri zərif və həssas olduğu üçün əkildiyi torpaq münbit olmalıdır. Həmçinin bitkinin diblərini yaxşı doldurmaq lazımdır ki, kökləri   inkişaf etsin.Şagirdlər bənövşə, ətirşah, sırğa gülü və digər güllər əkiblər. Yeni əkilən güllərin inkişafı üçün onlara su verilməlidir. Dostlarımız gələcəkdə də bu aksiyanı davam etdirmək niyyətindədirlər. Şagirdlərin məqsədi gülləri qorumaq və onları çoxaltmaqdır.