Şabranlı mətəblilər oxuduqları məktəbin ərazisində fındıq tingləri əkiblər

20 Dekabr 2018 11:49

Şabran rayonu, Şahnəzərli kənd tam orta məktəbinin şagirdləri tədris ocağının təcrübəçilik sahəsində 50 yaxın fındıq tingi əkiblər. 1 hektar 60 sot ərazisi olan bağ ötən il salınıb.Məktəblilərin saldığı bağda fındıqla yanaşı başqa ağac növləri də əkilib.Burada xurma, ərik, heyva, albalı ağacları yetişdirilir. Təbiətsevər dostlarımız bağdakı meyvə tinglərinin böyüməsi və qorunması üçün onlara diqqətlə qulluq edirlər. Məktəblilər təhsil ocağının nəzdində yaradılan “Bağçılıq” dərnəyinin üzvləridi. Dostlarımız həftədə iki dəfə yeni əkilən tinglərə su verirlər, dibini yumşaldırlar. Məktəbin müəllimi Tofiq Muxtarov deyir ki, ötən il məktəbin ərazisində 400 yaxın fındıq tingi əkilib. Amma iqlim quraq keçdiyinə görə bəzi qələmlər quruyub. Məktəblilərin iştirakı ilə bu il quruyan ağacların əvəzinə yeniləri əkilib. Dostlar, siz ağac əkməklə təbiətə fayda vermiş olduz. Çünki, əkdiyiniz ağaclar atmosferdə olan zərərli karbon qazını udur. Nəticədə canlıların həyatı üçün vacib olan oksigen yaradır.