Məktəblilər Yeniyetmələrin XV Beynəlxalq Elm Olimpiadasında böyük uğur qazanıblar

20 Dekabr 2018 11:54

Sədiyar Qafarov Botsvanada Yeniyetmələrin XV Beynəlxalq Elm Olimpiadasında bürünc medal qazanıb. O, Kimya-biologiya Təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdidir. Olimpiadada dünyanın 48 ölkəsindən 15 yaşadək olan məktəblilər  iştirak edib. Fizika, kimya və biologiya fənləri üzrə keçirilən olimpiada həm fərdi, həm də komanda formatında 3 mərhələdə təşkil olunub. Bilik yarışmasında iştirakçıların nəzəri bilikləri ilə yanaşı, praktiki bacarıqları da yoxlanılıb. İstedadlı dostumuzun gələcəklə bağlı böyük planları var. Sədiyar məktəbdə çalışqanlığı və nizam-intizamlı olması ilə hər kəsin rəğbətini qazanıb.  Müəllimləri də onun bu uğuruna çox sevinir. Yeniyetmələrin XV Beynəlxalq Elm Olimpiadasında ümumilikdə ölkəmizi 6 şagird təmsil edib. Sədiyar Qafarovla yanaşı, Xanım Yaqublu, Murad Bəşirov, Məhəmməd Yusifov və Əjdər Fərzullazadə də bürünc medala layiq görülüb.