Hərfləri asan yolla öyrənməyin üsulları

21 Dekabr 2018 10:13

Birinci sinif şagirdləri bəzən hərfləri yadda saxlamaqda çətinlik çəkir. Mətanət müəllimə hərflərin hafizədə yaxşı qalması üçün müxtəlif üsullardan istifadə edir. Hərflərin yaddaqalan olması üçün uşaqlar arasında söz düzəltmək oyunu keçirmək olar. Hərflərin asan öyrədilməsi üçün oyuncaqlardan da istifadə etmək olar. Oyuncağın adı uşağın yaddaşında daha yaxşı  qalır. Müəllimə deyir ki, hərflərin yadda qalması üçün göz təması mühüm rol oynayır. Hərfləri bir-bir uşaqlara göstərib onlar arasında sorğu keçirmək olar. Dostlar, hərfləri tez yadda saxlamaq  üçün onları dəftərə qeyd edin. Həmin hərflərin işləndiyi çoxlu sözlər yazın.