Diş məcunu seçərkən nələrə diqqət etməliyik?

22 Dekabr 2018 13:29

5 yaşlı Humay dişlərinin qayğısına qalır. Hər gün onları yuyur, fırçalayır. Bəzən ehtiyatsızlıq edib diş məcununu udduğu vaxt da olub. Görəsən diş məcunu udmağın sağlamlığımız üçün hər hansı təhlükəsi ola bilərmi? Gəlin bu məsələni birlikdə araşdıraq. Diş məcunlarının tərkibinə gümüş, sink, flüorid və digər kimyəvi maddələr vurulur. Həkimlər bildirir ki, uşağın məcunu udması müəyyən fəsadlar törədə bilər.  Hətta 5 yaşından aşağı uşaqların zəhərlənmə ehtimalı da var.5 yaşlı Mehri deyir ki, bir dəfə diş məcunu udub. Özünü pis hiss edib. Ona görə də dişlərini adi su ilə yumağa üstünlük verir. Diş məcununun tərkibində olan flüorid həqiqətən dişləri kariesdən, yəni zərərli bakteriyalardan müdafiə edir. Amma mütəxəssislər bu maddənin uşaqlarda yaddaş zəifliyi və zəka geriliyi yaratması haqqında fikirlər irəli sürürlər. 4-7 yaş arası uşaqlar yaxşı olar ki dişlərini valideyn nəzarəti altında yusunlar. Uşaqların  təbii diş məcunlarından istifadə etməsi məsləhət görülür. Təbii  məcunların qutusunun üzərində yaşıl xətt olur. Bu işarə məcunun ekoloji və təmiz maddələrdən hazırlanmasına işarədir.