Aztəminatlı ailələrin uşaqları və xususi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib

25 Dekabr 2018 12:21

Bayram şənliyi “Nizami mall” ticarət mərkəzi tərəfindən təşkil olunub. Tədbirə sağlamlıq imkanları məhdud və az təminatlı ailələrdən olan uşaqlar qatılıb. Şənliyin qonağı olan ifaçılar öz çıxışları ilə uşaqları sevindiriblər. Dostlarımız şən musiqi sədaları altında rəqs edib, əyləniblər. Xeyriyyə aksiyası çərçivəsində uşaqlar üçün oyunlar təşkil edilib, onlara hədiyyələr verilib. “Nizami mall” ticarət mərkəzi tərəfindən gələcəkdə də belə tədbirlərin keçirilməsi planlaşdırılır.