Qusar Ləzgi Dram Teatrı uşaqlar üçün tamaşa hazırlayıb

26 Dekabr 2018 12:56

Qusar Dövlət Ləzgi Dram Teatrında uşaqlar üçün “Qış nağılı” adlı yeni il tamaşası nümayiş olunub. 20-dən çox aktyorun yer aldığı səhnə əsəri maraqlı anlarla yadda qalıb. Tamaşa Şaxtababa, Qarqız və müxtəlif nağıl qəhrəmanlarının başına gələn macəralardan bəhs edir. Məktəblilər səhnə əsərini maraqla izləyiblər.  Teatrın baş rejissoru Laləzar Hüseynova deyir ki, uşaqların diqqətini çəkmək üçün maraqlı səhnə tərtibatı hazırlanıb. Balaca tamaşaçılar özlərini nağıllar aləmində hiss edir. Teatrın direktoru Faiq Qardaşov “Qış nağılı”nın dekabrın 29-a qədər nümayiş etdiriləcəyini  bildirib.   Yeni il tamaşasını izləyən dostlarımız teatrdan xoş təəssüratlarla ayrılıblar.