Xaçmaz şəhər Zərifə Əliyeva adına 8 saylı məktəb liseydə "Bilik günü" qeyd olunub

15 2018 17:05

Xaçmaz şəhər Zərifə Əliyeva adına 8 saylı məktəb liseyin birinciləri üçün ilk zəng çalınıb. Bilik gününə həsr olunan tədbirdə ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər. Birincilər ilk dərs günündə həyacanlı və sevincli görünürdülər.Birincilər məktəbə yeni gəlsələr də maraqlı şerlər söyləyib, musiqilər və rəqslər  ifa ediblər. Hər gün valideyinlərinin yanında olan uşaqlar ilk dərs günü həyacanlı görünürdülər. Amma buna baxmayaraq fidanlar dərs ilinə həvəslə hazırlaşıblar.Birincilər qədər valideynləri də həyacanlı görünürdülər.Müəllimlər yeni şagirdləri sevinclə qarşılayıb, onlara bilik günündə uğurlar arzulayıblar. Biz də öz növbəmizdə məktəbliləri, yeni dərs ili münasibətilə təbrik edirik. Bilik gününüz mübarək, əziz birincilər!