Xaçmaz UGİM-in şagirdləri Yeni il şənliyi keçiriblər

27 Dekabr 2018 15:23

Bayram tədbirində mərkəzin yetirmələrindən ibarət rəqs qrupları rəngarəng rəqs nömrələri ilə çıxış ediblər.Məktəblilər müxtəlif səhnəciklər təqdim ediblər. İstedadlı dostlarımızın ifaları da qonaqların ürəyincə olub.Yeni il şənliyi həm də hesabat tədbiri idi. Məktəblilər il ərzində öyrəndiklərini, bacarıqlarını müəllimləri və valideynləri  qarşısında nümayiş etdiriblər. Konsertin sonunda Şaxta Baba və Qarqız səhnəyə təşrif buyurub və uşaqları təbrik edib.