Eksternat təhsil forması üzrə imtahan keçirilib

27 Dekabr 2018 15:29

Bakı şəhəri üzrə eksternat imtahanlarına start verilib. İmtahanda əvvəlki illərdə məktəbdə oxuyub, lakin ümumi orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər iştirak edib. Paytaxtda 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 116 nəfər qatılıb. Bu imtahanda uğur qazananlar təhsil sənədi almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.Eksternat imtahanların keçirilməsində məqsəd müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərin təhsil sənədi almasına şərait yaratmaqdır.