“Şaxtababaya məktub” adlı xeyriyyə aksiyası keçirilib

28 Dekabr 2018 14:44

Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyası “Şaxtababaya məktub” adlı xeyriyyə aksiyası keçirib. Aksiya çərçivəsində uşaq evi, internat məktəbi və sığınacaqlarda yaşayan 60 -a yaxın  uşağın Şaxtababaya ünvanladıqları məktublardakı  arzuları gerçəkləşdirilib.Məktublarda yazılan oyuncaqdan geyimə qədər bütün əşyalar alınıb. Tədbir günü həmin hədiyyələr uşaqlara  təqdim olunub.Tədbirdə “İki meşənin nağılı” tamaşası nümayiş olunub. Səhnə əsərinin əsas ideyası “Dünyanı dostluq xilas edəcək” şüarı üzərində qurulub. Tamaşada balacalara sevgi və mərhəmət hisləri aşılanır.Uşaqlar tədbirdən xoş təssüratlarla ayrılıblar.