Quba Uşaq Musiqi Məktəbində Yeni il şənliyi keçirilib

04 2019 09:31

Quba Uşaq Musiqi Məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və  Yeni il münasibəti ilə şənlik keçirilib. Tədbirə şagirdlər, müəllimlər və valideynlər qatılıb. İstedadlı dostlarımız maraqlı konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış ediblər. Onlar bayram əhval-ruhiyyəli  musiqilər ifa ediblər. Bayram şənliyi şagirdlər üçün həm də hesabat tədbiri olub. Çünki onlar  il ərzində öyrəndiklərini səhnədə nümayiş etdiriblər.