İstirahət günlərində maraqlı kitablar oxuyan Aysunu tanıyaq

05 2019 10:02

Aysu Hacıyevanın 9 yaşı var. Kitab oxumaq onun ən sevimli məşğuliyyətidir. Dostumuz  Yeni il tətilini də səmərəli keçirib. Aysu Cəlil Məmmədquluzadənin “Buz” əsərini oxuyub. Məktəbli əsasən kiçik hekayələr oxumağa üstünlük verir. O, həm azərbaycan, həm də xarici yazıçıların əsərlərini mütaliə edir. 9 yaşlı Fərid də tətildə kitabxanaya üz tutub. Dostumuz deyir ki, kitablardan bilmədiyi məlumatları öyrənir, söz ehtiyatı zənginləşir. Mütəxəssislər deyir ki, kitab oxuyan uşaqlar ətrafdakı insanlarla asan ünsiyyət qura bilir, daha yaradıcı olur. Uğur qazanmağın yolu mütaliədən keçir.