"Paşa Sığorta" aztəminatlı ailələrdən olan məktəblilər üçün xeyriyyə aksiyası keçirib

15 2018 17:10

Ölkənin qabaqcıl sığorta şirkətlərindən olan “Paşa sığorta” Xaçmaz şəhərində məktəblilər üçün xeyriyyə aksiyası təşkil edib. Aksiya Heydər Əliyev adına Mədəniyyət sarayında baş tutub. Tədbirdə ictimaiyyət nümayəndələri, müəllimlər, valideynlər və şagirdlər iştirak edib. Əvvəlcə şirkətin fəaliyyəti haqqında iştirakçılara məlumat verilib. Sonra, illüziyaçılar məktəblilər üçün maraqlı nömrələr nümayiş etdiriblər. Daha sonra “Paşa sığorta” tərəfindən Xaçmaz, Quba, Qusar və Şabrandan olan aztəminatlı ailələrin övladlarına məktəbli formaları və dərs ləvazimatları hədiyyə edilib. Şirkət 3 ildir ki, bu cür xeyriyyə tədbirləri keçirir. Məktəblilər onlara verilən hədiyyələrdən xeyli məmnun olublar.  “Paşa sığorta” gələcəkdə də bu kimi layihələri davam etdirəcək.