Məşhur teleaparıcı Anar Nəcəfli: “İki ilə yaxın tikintidə fəhlə işləmişəm”

07 2019 17:27

“ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonaqları ARB TV-nin xəbər aparıcısı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli və 11 yaşlı Ayxan olub. Anar Nəcəfli verilişdə keçmişi ilə bağlı maraqlı açıqlamalar edib. Təhsilini başa vurduqdan sonra ixtisasına uyğun iş tapa bilmədiyindən 2 ilə yaxın tikintidə fəhlə kimi çalışdığını bildirib. Sonra televiziya müxbiri kimi media sahəsində işə başlayıb.  Bir müddətdən sonra isə artıq teleaparıcı kimi fəaliyyətini davam etdirib və uğur qazanıb. “Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı “ARB Günəş”də yayımlanır.