Emin Musəvi: “Atam məni danlayırdı ki...”

07 2019 17:35

“ARB Günəş”in “Mən məktəbli ikən” verilişinin qonağı tanınmış teleaparıcı, “ASAN” radionun direktoru Emin Musəvi olub. O, 5-ci sinfə qədər məktəbi əla qiymətlərlə oxuyub. Dərslərindən 4 qiymət alanda evdə atası onu danlayıb ki, 4 almaq olmaz, ancaq 5 almalısan. Emin Musəvi  uşaq vaxtı sakit və utancaq olduğunu söyləyib. Birinci sinifdə oxuyanda Nataşa adlı parta yoldaşı onun əllərinin üstünü cırmaqlayıb. Amma o bunu hamıdan gizlədib: “Evdə məndən soruşdular ki, bunu kim edib. Qız olduğu üçün utandım və heç kimə heç nə deyə bilmədim” – deyə, Emin Musəvi əlavə edib.