“Bədii qiraət” dərnəyinə üzv olan istedadlı məktəblilər

08 2019 10:13

Xaçmaz Uşaq Gənclər İnkişaf Mərkəzində “Bədii qiraət” dərnəyi fəaliyyət göstərir. İstedadlı şagirdlərdən təşkil olunan dərnəyin 20 üzvü var. Qiraətçilər əsasən ibtidai sinif şagirdləridir. Burda uşaqlara səlis nitq və ifadəli şer söyləmək bacarıqları aşılanır.Məşğələlər həftədə üç dəfə təşkil olunur. Uşaqlara sözlərin düzgün tələffüzü, nitq zamanı jestlərdən istifadə qaydaları öyrədilir. Müəllim Şəhri Qafarova deyir ki, məktəblilər arasından dərnəyə üzv seçərkən onların mütaliə səviyyəsi, nitqi yoxlanılır. Bacarıqlı  uşaqlar dərnəyə üzv seçilir. Uşaqlar Azərbaycan şairləri ilə bərabər, xarici yazarların da şerlərinə müraciət edirlər. Bədii qiraət dərnəyinin üzvləri rayonda təşkil olunan şer müsabiqələrində iştirak edirlər.