Summativ qiymətləndirmə qaydalarına dəyişikliklər tədrisə necə təsir edəcək?

08 2019 10:23

Summativ Qiymətləndirmə qaydalarına edilən dəyişikliklərə əsasən, I sinifdə summativ qiymətləndirmə aparılmayacaq. II, III siniflərdə isə yalnız Kiçik Summativ Qiymətləndirmə tətbiq olunacaq. Bəs yeniliklərin tədris prosesi və şagirdlər üçün hansı müsbət tərəfləri var? Birinci siniflərdə summativ qiymətləndirmə uşaqların yaş xüsusiyyyətləri  və psixoloji durumu nəzərə alınaraq  ləğv edilib.Təhsil eksperti Kamran Əsədov bildirir ki, yeni qiymətləndirmə qaydaları ibtidai sinif şadirdlərinin dərs yükünün azaldılmasına xidmət edir. Eyni zamanda bu, uşaqlarda stressin azalmasına da kömək edəcək. Dəyişikliklərə əsasən Böyük Summativ Qiymətləndirmə təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlərdən, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq. Beləliklə hər şagird il ərzində 18 böyük summativ qiymətləndirmə yükündən azad olunub.