4 nömrəli UGIM-in yetirmələri “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsində iştirak edərək uğur qazanıblar

10 2019 15:57

Bu istedadlı uşaqlar 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Pirallahı bölməsinin yetirmələridir. İndi sizi “Texniki estetika” və “ Bacarıqlı əllər” dərnəyinin üzvləri ilə tanış edəcəyik. Bu dərnəklərdə 30-a yaxın uşaq öz bacarığını inkişaf etdirir. Onlar rəsm çəkir, toxuculuqla məşğul olur və müxtəlif materiallardan əl işləri hazırlayırlar.Məktəblilər burada asudə vaxtlarını səmərəli və əyləncəli  keçirirlər. Onlar yaradıcı işdən böyük zövq alırlar.İstedadlı dostlarımız əl işləri ilə müxtəlif sərgilərə qatılırlar. Sonuncu dəfə “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsində  iştirak edərək uğur qazanıblar.