Düzgün nəfəs necə alınır?

10 2019 16:04

Tənəffüs sayəsində bədənin bütün orqanları oksigenlə təmin olunur, karbon qazı orqanizmdən uzaqlaşdırılır.  Tənəffüsü isə nəfəs alaraq həyata keçiririk.Nəfəs aldığımızda oksigen ciyərlərimizdən qana keçir. Beynimizin işləməsində oksigenin rolu böyükdür. Oksigen qan damarları vasitəsilə fasiləsiz sürətdə bütün orqanlarımıza çatdırılır.Araşdırmalar nəticəsində məlum olub ki, ağzı ilə nəfəs alanlar enerjilərinin yarısını itirirlər.Həyatda qalmağımızı təmin edən ən əhəmiyyətli hadisə tənəffüsdür. Yatmadan, yemək yemədən, ya da su içmədən günlərlə yaşaya bilərik, amma  nəfəs almadan bir neçə dəqiqə belə həyatda qalmaq mümkün deyil.