Tarzən Selcan açıq havada öz dostlarına konsert verdi

10 2019 16:21

12 yaşlı Selcan tar ifaçısıdır. O, Quba rayonunun Paşaoba kəndində yaşayır. İstedadlı dostumuz Quba Uşaq Musiqi məktəbində təhsil alır. Selcan çoxdan reallaşdırmaq istədiyi arzusunu həyata keçirib. Belə ki, tar ifaçısı sinif yoldaşları və dostları üçün açıq havada konsert təşkil edib.Selcan 2 il ərzində öyrəndiyi əsərləri dostları qarşısında  ifa edib.  Onun çıxışı balaca tamaşaçıların  marağına səbəb olub.  Məktəblinin məqsədi milli musiqi alətimiz olan tarı təbliğ etmək, digər uşaqların da  diqqətini bu alətə yönəltməkdir. Tarzənin ifalarını dinləyən uşaqlar onun musiqilərindən zövq alıblar.  Selcan gələcəkdə peşəkar tarzən olmaq istəyir.  O, böyük səhnələrdə  çıxış etmək arzusundadır.