Dahilərin uşaqlığı Leonardo da Vinçi

10 2019 16:46

Leonardo 15 april 1452-ci ildə İtaliyada Vinçi şəhərciyində dünyaya göz açıb. Leonardonun babası Antonio da Vinçinin öz gündəliyində bu barədə etdiyi qeyd belə yazır: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm - oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Leonardo doğulduğu ildə atası ailəsindən ayrılıb. Uşaq erkən yaşlarını anası ilə birgə Ankianoda keçirib. Atası Pyero bir müddətdən sonra 3 yaşlı oğlunu öz yanına aparıb. 14 yaşında ikən Leonardo Verokkio adı ilə tanınan rəssam Andrea di Çionenin emalatxanasında şagirdliyə başlayıb. Emalatxananın İtaliyanın həmin dövrdəki intellektual mərkəzi Florensiyada yerləşməsi Leonardonun inkişafında böyük rol oynayıb. O, humanitar biliklərə yiyələnib, rəsmxət, kimya və metallurgiyanı öyrənib. Həmçinin metalla, gipslə və dəri ilə işləmə, mexanika və dülgərlik kimi bəzi texniki bacarıqlar əldə edib, rəsm və heykəltəraşlıqla məşğul olub.Deyilənlərə görə Leonardo solaxay  olub. O, həm sağ, həm də sol əli ilə yaza bilirmiş.  Emalatxanada Leonardodan başqa Perucino, Lorenso di Kredi, Anyolo di Polo da təhsil alır, Bottiçelli işləyir, oraya tez-tez Girlandayo kimi məşhurlar gəlirdi. Atasının Leonardo üçün emalatxana açmasına baxmayaraq, onun Verokkio ilə bağlılığı bitməyib və öz müəllimi ilə əməkdaşlığa davam edib. Leonardonun məlum olan ən erkən işi Arno vadisinin qələm və mürəkkəblə yaradılmış təsviridir. İş 5 avqust 1473-cü ilə aiddir. Oğlunun xüsusi istedadını görən ata Florensiyaya köçür. Nəhayət, günlərin birində Pyero da Vinçi oğlunun rəsmlərini özünün köhnə dostu, Florensiyada ən məşhur heykəltəraş, rəssam və zərgər kimi tanınan Andrea Verokkoya göstərir. Verokko onlara baxanda heyrətə gəlir və deyir ki, bu uşaq özünü bütünlükdə rəssamlığa həsr etməlidir. 1466-cı ildə Leonardo şagird kimi Verokkonun emalatxanasında fəaliyyətə başlayır. Çox keçmədən gənc Leonardoya öz müəllimini ötmək müyəssər olur. Leonardo rəssamlıq və heykəltəraşlıqla yanaşı, qazıntı və yük qaldırmaq üçün olan alətlərin mexanizmini də öyrənirdi. Sonralar bunlar müxtəlif ideya və kəşflər üçün işinə yarayacaqdı. Ömrünün ilkin illərində Florensiyada yaşayıb yaradan Da Vinçi sonralar ayrı-ayrı hökmdarların saraylarında yaşayaraq möhtəşəm ixtiralar irəli sürür. Lakin heç kimin onun bu ixtiralarını başa düşmədiyini anlayıb bir müddət dərin məyusluğa qapılır. 1516-cı ildə Fransa kralı I Fransiskdən dəvət alır və Fransaya köçərək ömürünün sonuna qədər burada yaşayıb yaradır. Bir qayda olaraq bütün dövrlərin ən böyük rəssamı və ən istedadlı şəxsiyyəti kimi qəbul olunur. Leonardo da Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz Mona Liza portreti və Sonuncu Şam yeməyi əsəridir. Təəsüflər olsun ki, müasir günümüzə qədər dahi rəssamın yalnız 15 rəsm əsəri gəlib çıxıb. Lakin bu azsaylı rəsm əsərləri, onun elmi diaqramları, ixtiraları, əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi mənbə rolunu oynayıb. Da Vinçi dünya tarixinin gedişatını dəyişdirən bir çox ixtiraya imza atıb.  Onun yazdığı gündəliklər sayəsində bu ixtiralar haqqında məlumatlar dövrümüzə qədər gəlib çatıb. Leonardo 1515-ci ildə paraşütün dizaynını hazırlayıb. Bu dizayn günümüzdə istifadə edilən paraşütlərin “atası” sayılır. Dalğıc geyimi olan Skafandr, Çarx onun ixtiraları sırasındadır.  Da Vinçi öz-özünə hərəkət edən nəqliyyat vasitəsi,  ornitopter adlanan uçuş aparatı,  helikopter və robot cəngavərin də ilk sxemlərini işləyib hazırlayıb.