5 saylı Bakı Peşə Liseyinin aşpaz və şirniyyatçıları

10 2019 17:12

Turizm və Sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpazlıq ixtisası üzrə 20-ə yaxın tələbə təhsil alır. Onlar burada müxtəlif təamların hazırlanmasını öyrənirlər. Aşpaz dostlarımız milli mətbəximizlə yanaşı dünya mətbəxinin də ləziz yeməklərini hazırlayırlar. Təhsil Mərkəzinin qənnadçı, şirniyyatçı ixtisasında təhsil alan uşaqlar bu peşənin çox maraqlı olduğunu deyirlər. Onlar peşəkar mütəxəssislərdən cürbəcür dadlı şirniyyatların hazırlanmasını öyrənirlər.