Uşaqların qar sevinci

11 2019 10:20

Qarın yağması ilə hər tərəf ağ örpəyə bürünüb. Dostlarımız çox sevinirdilər. Çünki, qartopu oynamaq, qar adamı düzəltmək, xizəklə sürüşmək onların sevimli əyləncəsidir. Bütün bu oyunlar üçün isə əla fürsət yaranıb.  Gördüyünüz bu uşaqlar Quba şəhər 1 saylı tam orta məktəbin birinci sinif şagirdləridir. Tənəffüs vaxtından istifadə edərək qartopu oynayır, qar adamı hazırlayırlar. Qarın təbiətə bir çox faydaları var. Yorğan kimi torpağın üzərini örtərək bitkiləri, yerin altında yaşayan canlıları soyuqdan, şaxtadan qoruyur.  Həmçinin havada olan bir çox zərərli mikrobları məhv  edir.