Quba rayon 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə “Bilik günü”münasibəti ilə tədbir təşkil olunub

15 2018 17:24

Quba rayon 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə “Bilik günü”münasibəti ilə tədbir təşkil olunub.Uşaqlar mərasimə əvvəlcədən hazırlaşıblar, tədbirdə şeir və rəqslərə çıxış ediblər.Tədbirdə Quba rayon təhsil şöbəsinin əməkdaşları, ziyalılar, valideynlər, tədris müəssəsinin müəllim və şagird kollektivi iştirak edib. Məktəbin direktoru 15 sentyabr “Bilik günü” münasibəti ilə birinciləri təbrik edib.Bu il Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü liseydə  100 nəfər birinci sinifdə təhsil alacaq. Onlardan 60 nəfəri qız, 40 nəfəri oğlandır. Bütün birincilərə dərs ilində müvəfəqiyyət arzulayırıq!