Təbiətsevər məktəblilərdən nümunəvi addım

11 2019 11:18

Qış mövsümündə meşəlik və dağlıq ərzilərdə yaşayan heyvanların qidalanması çətinləşir. Çünki, heyvanların yeyə biləcəyi otlar qarın altında qalır, həşəratlar gizlənir, ağaclarda olan meyvə və giləmeyvələr isə tükənir. Quba rayonu, Püstəqasım kənd tam orta məktəbinin şagirdləri heyvanlara yardım məqsədi ilə xeyriyyə aksiyası keçiriblər. Dostlarımız uzun yol qət edərək meşə sakinləri üçün yem aparıblar.Heyvansevər məktəblilər bir neçə qrupa bölünərək meşənin müxtəlif yerlərinə ot, buğda və meyvə qoyublar.Uşaqların məqsədi heyvanlara qayğı göstərmək, onları qorumaqdır.  Dostlarımız qış mövsümü boyunca bu cür aksiyaları mütəmadi keçirmək niyyətindədilər.