İnfeksion xəstəliklərin qarşısını necə almaq olar?

12 2019 10:17

Məhəmmədin iki gündür ki, qızdırması var. Özünü çox narahat hiss edir. İmuniteti zəif olduğu üçün qripə tez yoluxur. Dostumuz keçən həftə havanın soyuq olmasına baxmayaraq əynini nazik geyinib. Həmçinin qidalanmasına da fikir verməyib. Son günlər havanın yağmurlu olması və temperaturun düşməsi ilə əlaqədar uşaqlar arasında soyuqdəymə halları və mövsümi xəstəliklər artıb. Xəstəliyin əsas əlamətləri kimi qızdırma, başağrısı, boğazda səpki və şişkinlik müşahidə olunur.İmmun sistemi zəif olan uşaqlar mövsümi xəstəliklərə daha tez yoluxur. Sağlam olmaq üçün gündəlik qidalanma rejiminə diqqət yetirilməli, immuniteti gücləndirən qidalar qəbul olunmalıdır.  Mikroblardan uzaq olmaq üçün tez-tez əl-üzü  yumaq lazımdır.Tam sağalmamış xəstə uşaqları bağçaya, məktəbə buraxmaq olmaz. Çünki, infeksion xəstəliklər digər uşaqlara yoluxa bilər.