Açıq havada səhər idmanı etməyin faydaları

16 2019 09:41

Səhər idmanına başlamazdan əvvəl isinmə həkətləri həyata keçirilir. Bununla bədənimiz işlək hala gəlir və  əzələlər oksigenlə təmin edilir. Bu hərəkətləri təxminən 5-10 dəqiqə etmək lazımdır.Qaçmaq qan dövranını yaxşılaşdırır. Mütəxəssislər deyir ki, hər səhər qaçmaq yuxu sistemini qaydaya salır. Digər tərəfdən, qaçışla məşğul olan uşaqlar gündəlik fəaliyyətlərində daha enerjili olurlar.Açıq havada vaxt keçirməyin bitib-tükənməyəcək qədər faydaları var. Bir çox dostlarımız vaxtlarının çoxunu qapalı mühitdə keçirir. Bu zaman beynimiz daha az oksigen qəbul edir. Çalışın gününüzün müəyyən bir hissəsini açıq havada  keçirin.