Abdulla Şaiqin “Danışan gəlincik” əsəri səhnələşdirilib

16 2019 09:49

Bakı şəhər 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin "Gənc aktyorlar" dərnəyinin üzvləri Abdulla Şaiqin "Danışan gəlincik" əsərini səhnələşdiriblər. Öncə şairin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş olunub. Daha sonra istedadlı dostlarımız "Danışan gəlincik" tamaşasını təqdim Tamaşada hər bir ehtiyacı qarşılanan, lakin heç cür xoşbəxt olmayan şah qızından bəhs olunur. Onun bədbinliyinin səbəbi isə dostunun olmamasıdır.Tədbirdə Abdulla Şaiqin ev muzeyinin direktoru, şairin nəvəsi Ülkər Talıbzadə də qonaq olub. O, uşaqların bu təşəbbüsünü yüksək qiymətləndirib. Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.