Qubanın Bağbanlı kəndində rəqs dərnəyi fəalliyyət göstərir

16 2019 09:56

Quba rayonu Bağbanlı kənd Folklor evində rəqs dərnəyi fəaliyyət göstərir. Burada uşaqlara milli rəqslərimiz öyrədilir. Dərnəyin 20 yaxın üzvü var. Məşğələlər həftədə iki dəfə təşkil olunur. Dostlarımız rəqsin sirlərini müəllim Akif Fərəczadədən öyrənirlər. Folklor evinin direktoru Qüdrət Əliyarov deyir ki, kəndin istedadlı uşaqlarının üzə çıxarılmasında bu dərnəyin xüsusi rolu var. Milli rəqslərimizə maraq göstərən şagirdlərin sayı artıb. Dostlarımız gələcəkdə rayon və respublika səviyyəli festivallarda iştirak etmək niyyətindədilər.