"Günay" Teatr Studiyasının kollektivi maraqlı konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış edib

16 2019 10:18

Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən Günay Teatr Studiyasının kollektivi maraqlı konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış ediblər. Tədbir Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub. İstedadlı dostlarımız səhnəciklər, milli və xarici rəqslər təqdim ediblər. Onların rəngarəng ifaları tamaşaçıların zövqünü oxşayıb. Günay teatr studiyasının kollektivi “Buratino” və “ Arşın mal alan” tamaşalarına hazırlaşırlar.


l