Xaçmazda yeni xalçaçılıq dərnəyi yaradılıb

16 2019 10:39

Xaçmaz Heydər Əliyev mərkəzinin nəzdində xalçaçılıq dərnəyi fəaliyyət göstərir. Dərnəyin 7 üzvi var. Burda məktəblilər ilmə atmağı və xalılara naxış vurmağı öyrənirlər.  Məşğələlər həftədə iki dəfə olmaqla iki saat keçilir. İlkin olaraq uşaqlara rəng çalarları haqqında bilgilər verilir. Məktəbli dostlarımız qədim sənətkarlıq nümunəsi olan xalçaçılığa böyük maraq göstərirlər. Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova deyir ki, dərnəydə Quba-Şirvan xalçalarının toxunmasına üstünlük verilir. Dərnəyin ötən ildən fəaliyyət göstərməsinə baxmayaraq artıq 15 yaxın məktəbli sərbəst xalça toxumağı öyrənib. : Hazırda mərkəzdə Xalçaçılıqla bərabər, rəqs, rəssamlıq, bacarıqlı əllər və bədii qiraət dənəyləri fəaliyyət göstərir.