Vunderkind Ruslan Dadaşova pulsuz təhsil təklifi gəlib

18 2019 10:12

7 yaşlı Ruslan Səfərov qeyri-adi hesablama bacarığı ilə hər kəsi heyrətləndirir. Bir il bundan əvvəl Rusiyanın 1-ci telekanalında “Qəribə adamlar” şousunda iştirak edən dostumuz daha da məşhurlaşdı. Məktəblinin fitri istedadına Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən reaksiya verilib. Ruslanın atası Fuad Səfərov deyir ki, oğlu Kembric proqramı ilə ingilis dilində təhsil almağa dəvət edilib. Təklifdə onun bütün təhsil ödənişlərindən azad olunması da yer alır.Məktəbli dostumuza Moskva, Sankt-Peterburq və Soçi liseylərindən də pulsuz təhsil təklifi gəlib. Ruslan hazırda Qusar şəhər 4 saylı tam orta məktəbin ikinci sinifində təhsil alır. O dərs  əlaçısıdır.Ruslan hər gün öz üzərində çalışır. O, hesablama bacarıqlarını bir qədər də təkmilləşdirib.