Bu gün 165 780 şagird birinci sinifə gedib

15 2018 17:56

Ölkənin bütün məktəblərində olduğu kimi bu gün Bakı şəhərində fəaliyyət göstərən təhsil ocaqlarında da “Bilik günü”nə həsr olunan tədbirlər keçirilib.Belə tədbirlərdən biri  Bakı şəhəri 283 nömrəli tam orta məktəbdə baş tutub.Məktəbin direktoru Tünzalə Zeynalova tədbiri giriş sözü ilə açaraq,  şagird vəəllim kollektivinə yeni tədris ilində uğurlar arzulayıb. Şagirdlərə dərslərinə məsuliyyətlə yanaşmağı, yeni biliklərə yiyələnmək üçün səy göstərməyi tövsiyə edib.Daha sonra şagirdlər siniflərə daxil olub.Onlara ilk olaraq Azərbaycan Respublikası  təhsil alacaqları məktəb  haqqında məlumat verilib.Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil  əssisələrində  442 147 şagird təhsil alacaq.Ümumi təhsil  məktəblərinin  I sinfində 48 000-dən çox, IX sinfində 30 139,  X sinfində 21 102 ,XI  sinfində 20 379, XII sinfində isə 690 şagird oxuyacaq. Bunu “ARB Günəş”ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib. Yeni dərs ilinə 332 adda dərslik vəəllimlər üçün metodik vəsait çap edilib.Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə etməyə başlayıblar. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.