Hava şəraiti ilə əlaqədar olaraq məktəblərdə dərslər iki günlük dayandırırlıb

18 2019 10:35

Hava şəraiti ilə əlaqədar olaraq Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən 2 gün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırılıb. Qərar bütün ümumtəhsil məktəbləri, ilk peşə təhsil müəssisələri, kollec və ali məktəblərə aiddir. Eyni zamanda özəl təhsil müəssisələri və uşaq bağcaları da bu siyahıya daxildir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.  Rayonlarda isə sabah bəzi yerlərdə havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi yerlərdə yollar buz bağlayacaq.