20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə Bakı şəhər 39 nömrəli tam orta məktəbdə tədbir keçirilib

19 2019 11:17

Vətənimizin müstəqilliyi uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi yad olunub. Anım mərasimi dövlət  himninin səsləndirilməsi ilə başlayıb. Məktəblilərə 20 Yanvar faciəsinin tarixi haqqında məlumat verilib. Tədbir müzakirə formatında təşkil olunub. Dəvət olunan qonaqlar şagirdlərə  xalqımızın azadlıq mübarizəsinin tarixi, milli qəhrəmanlarımız haqqında suallar ünvanlayıblar. Məktəblilər də onları maraqlandıran məqamlar haqqında bilmədiklərini müəllimlərdən öyrəniblər.Tədbirin sonunda məktəblilərin əl işlərindən və rəsmlərindən ibarət  sərgiyə baxış keçirilib.