Məktəblilər tərəvəzlərdən müxtəlif formada qəlyanaltılar hazırlayıb

19 2019 14:41

Bu gün birincilər texnalogiya dərsində öz bacarıqlarını nümayiş etdirəcəklər. Belə ki, dostlarımız ərzaq məhsullarından istifadə edərək müxtəlif heyvan fiqurları, ağaclar və göbələklər hazırlayacaqlar. İlkin olaraq məktəblilər yumurtadan doşan fiquru düzəltəcəklər. Bunun üçün uşaqlara yumurta, tərəvəz məhsulları və kök lazımdır. Məktəblilər hazırladıqları doşan fiqurlarına karandaşlar və aksesuarlar vasitəsilə dizayn verdilər.  Müəllim Mətanət Yusifova deyir ki, texnalogiya dərsi uşaqların yaradıcılıq qabiliyyətini üzə çıxarır. Həmçinin bu dərsdə onlar kiçik qəlyanaltıların hazırlanmasını öynənirlər. Nəticə də onlarda əmək vərdişlərini formalaşır. Şagirdlər yaxın gələcəkdə milli mətbəximizin ləziz təamlarını da öyrənməyə söz verdilər.