Qubada məktəblilər arasında tir atıcılığı üzrə yarış keçirilib

22 2019 11:02

Tir atıcılığı yarışı Quba rayonu Qəçrəş kənd tam orta məktəbində keçirilib. Yarışa rayonun 35 təhsil müəssisəsindən komandalar qatılıb. Hədəfi dəqiq vurmaq uğrunda 70 şagird mübarizə aparıb. Yarışın keçirilməsində məqsəd məktəblilərin vətənpərvər ruhda tərbiyəsi, onların çağırışaqədər hərbi hazırlıq fənnində qazandığı bacarıqlarını inkişaf etdirməkdir.Yarış iştirakçıları arasında yüksək nəticə göstərən, hədəfi dəqiq nişan alan şagirdlər kifayət qədərdir.Atıcılıq yarışında Qəçrəş kənd tam orta məktəbinin komandası bütün rəqiblərini üstələyərək birinci yeritutub. Zizik kənd tam orta məktəbinin komandası ikinci, Quba şəhər 7 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.