Qızılca xəstəliyinə qarşı necə mübarizə aparılmalıdır?

22 2019 11:14

Azərbaycanda uşaqlar arasında qızılcaya yoluxma halları qeydə alınıb. Bu xəstəliyə bütün yaşlarda yoluxma olur. Qızılcaya tutulmuş uşaqlarda ümumi əzginlik, yüksək temperatur, iştahasızlıq yaranır, 3 gündən sonra isə qırmızı səpkilər başlayır. Qulağın dibindən çıxmağa başlayan səpkilər tədricən bütüb bədənə yayılır  və qaşınma başlayır. Həkim bildirir ki, qızılcadan qorunmağın yolu peyvənddir. Əgər kimsə uşağını peyvənd etdirməyibsə, tələssin. Çünki qızılca xəstəliyi adətən peyvəndi olmayan uşaqlarda  qeydə alınır. Qızılcaya yoluxan uşaqlarla çox təmasda olmaq olmaz. Otağın havası vaxtaşırı dəyişdirilməlidir. Ona qulluq edən insanlar gigiyenik qaydalara əməl etməlidir. Xəstə olan otağa daxil olarkən respiratordan istifadə etmək lazımdır.