Qarın təbiətə hansı faydaları var?

23 2019 12:54

Qarın yağması təbiət üçün olduqca əhəmiyyətlidir. Xüsusilə kənd təsərrüfatına müsbət təsir göstərir. Torpağın münbitliyini artırır, zərərvericiləri öldürür. Belə hava şəraiti taxıl yetişdirənlər üçün daha əlverişlidir. Çünki taxılın yetişdirilməsi üçün münbit şərait yaranır. Dostlar elə ərazilər var ki, orada su qıtlığı özünü daha geniş büruzə verir. Su qıtlığı olan yerlər üçün qarın yağması sərfəlidir. Əgər qışda quraqlıq olsa, qar yağmasa, yay da quraqlıq keçər. Həmçinin su ehtiyatları azalar. Torpaqda şoranlaşma baş verə bilər. Dostlar onuda deyim ki, qar təbiətlə bərabər insanlar da müsbət təsirlər göstərir. Belə ki, qarın yağması havada oksigenin zənginləşməsinə səbəb olur. Nəticədə insanlar təmiz və oksigenlə zəngin hava qəbul edə bilirlər.