Gənclər və İdman Nazirliyi, Milli Karate Federasiyasının dəstəyi və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə “Arpaçay Open” beynəlxalq turniri keçirilib. Yarışda Xaçmaz rayonunu təmsil edən karateçilər də gücünü sınayıb. 15 idmançının qatıldığı çempionatda 17 yaşa qədər olan oğlan və qızlar mübarizə aparıb. Yarışda 1100 idmançı gücünü sınayıb. 10 xarici ölkənin komandası turnirdə medallar uğrunda mübarizə aparıb. Ölkəmizdə üçüncü dəfədir ki, təşkil olunan turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, İran, İsrail, Özbəkistan, Qazaxıstan, Ukrayna və Çexiyadan olan idmançılar iştirak edib.