Uşaqlar qardan adam düzəldiblər

25 2019 09:21

Bura Quba rayonu, Qımılqazma kəndidi. Hər tərəf ağ örpəyə bürünüb. Dostlarımız qarın yağmasına çox sevinirlər. Böyüklü-kiçikli bir yerə toplaşaraq Qar adamı hazırlamaq qərarına gəliblər.  Havanın soyuq olmasına baxmayaraq uşaqlar qar toplayırdılar. Dostlar Qar adamını hazırlamaq elə də asan deyil. Bunun üçün çoxlu qar və isti əlcəklər lazımdır. Dostlarımız Qar adamının gövdəsini yumuru formaya saldılar. Daha sonra baş hissəsini hazırladılar. Məktəblilər Qar adamının gözlərini, əllərini, soyuqdan qorunmaq üçün papağını da qoydular.