20 Yanvar Şəhidlərinə həsr olunmuş tədbir təşkil olunub

25 2019 09:26

Məktəbli dostlarımız 20 Yanvara həsr olunan tədbir keçiriblər. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Tədbirdə çıxış edənlər vurğulayıblar ki, 20 Yanvar Azərbaycanın müasir tarixinin hüznlü, eyni zamanda qəhrəmanlıq səhifəsidir. O gecə xalqımızın igid oğul və qızları vətənin azadlığı uğrunda canlarını fəda etdilər.Məktəblilər həmin dövrdə baş verən hadisələri əks etdirən səhnəciklər təqdim ediblər. Tədbir çərçivəsində şagirdlərin əl işlərindən ibarət sərgi də nümayiş olunub.