Aviamodelçilik dərnəyinə qatılan məktəblilər müxtəlif formada təyyarə maketləri hazırlayıblar

25 2019 14:00

12 yaşlı Cavid Qurbanlı  6 -cı sinif şagirdidir.  İstedadlı dostumuz boş vaxtlarını səmərəli keçirir və daim yeniliklər axtarır. Cavid 3 nömrəli  Uşaq Gənclər İnkişaf mərkəzinin  Aviamodelçilik dərnəyinin üzvüdür.Uşaqlar bu dərnəkdə sadə təyyarə modellərinin hazırlanmasını, həmçinin hava gəmilərinin tənzimlənməsi, uçuş prinsiplərini öyrənirlər.Cavid həftədə 2 dəfə dərnəyin məşğələlərinə qatılır. O,  əl işləri ilə bir çox müsabiqələrdə iştrak edib. Bəs dostumuzun gələcək ilə bağlı hansı planları, hansı arzuları var?Biz də gələcəyin pilotları, mühəndisləri olacaq dostlarımıza uğurlar arzulayırıq.