Şüşə qırıntılarından mozaika necə hazırlanır?

26 2019 10:56

Sevda Babayeva şüşə qırıntılarından maraqlı mozaikalar hazırlayır. İstedadlı dostumuz əl işilərində adi şüşə butulkalardan istifadə edir. İlk olaraq hazırlayacağı fiqurun rəsmini çəkir. Daha sonra onun üzərində Sevda şüşə butulkalardan əldə olunan xırda hissəcikləri yapışqan vasitəsilə tabloya  yapışdırır. Məktəbli deyir ki, mozaikaların ərsəyə gəlməsi çox vaxt aparır. Çünki, bu incə işdir, həm də şüşə qırıntıları ilə işləyərkən ehtiyatlı olmaq lazımdır.  Sevdanın ilk əl işi gördüyünüz bu buta olub. Dediyinə görə butanın hazırlanmasına iki şüşə butulkadan istifadə edib.Dostlar, mozaikanın ilk nümunələri eramızdan əvvəl 4 minilliyin II yarısına təsadüf edir. İncəsənətin bu növü qədim Şumer dövlətində yaranıb. Məşhur Şəki Xan sarayında mozaikadan geniş istifadə olunub. Sarayın şəbəkə formasında olan pəncərələri rəngli şüşələrdən yığılıb. Azərbaycan rəssamları Oktay Şıxəliyev, Aydın Rəcəbovun yaratdığı mozaika nümunələri  də incəsənətimizin qiymətli nümunələridir