Şabranın “Çıraqqala” stolüstü tennis klubu yarışdan uğurla qayıdıb

26 2019 11:07

Təhsil Respublika İdman Mərkəzinin təşkil etdiyi Stolüstü tennis üzrə açıq birincilikdə ümumilikdə 15 komanda gücünü sınayıb. Şabranın “Çıraqqala” klubu turnirdə 17 idmançı ilə təmsil olunub. Yarışda müxtəlif  yaş qrupunda olan oğlan və qızlar mübarizə aparıb. Hər yaş qrupunda birincilik uğrunda 50-ə yaxın idmançı yarışıb.Çıraqqala klubunun tennisçiləri mart ayında yeniyetmələr arasında keçiriləcək respublika birinciliyinə hazırlaşırlar.